"Mançester Siti"nin futbolçusu Bernardo Silva mövsümün sonunda "Barselona"ya keçə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, keçən yay kataloniyalıların baş məşqçisi Xavi futbolçu ilə əməkdaşlıq barədə danışsa da, maliyyə səbəblərindən transfer baş tutmamışdı. Portuqaliyalı daha sonra “şəhərlilər”lə müqaviləni 2026-cı ilə qədər uzatmışdı və sərbəst qalma məbləği 58 milyon avro təyin edilmişdi.
Bu yay "blauqra" Silvanı almaq üzərində işləri davam edəcək. Klubda maliyyə feyr-pleyi ilə bağlı vəziyyət yaxşılaşıb. Onlar satışdan qazandıqları bütün pulları transferlərə yatıra biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB