Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib

Futzal üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib. SİA xəbər verir ki, bu raundun hər iki görüşü aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə saat 15:00-da “Neftçi” İK ilə “Baku Fire” meydana çıxacaqlar. Bundan 3 saat sonra isə “Araz-Naxçıvan” – PFL matçı baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə