Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək

Azərbaycan millisi bu gün İsveçrəni qəbul edəcək

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə