“Bu festivalın Azərbaycan idmanı üçün böyük əhəmiyyəti var” - Çingiz Hüseynzadə
“Bu gün növbəti idman bayramıdır. Təxminən il yarım bundan əvvəl biz bu festivalı Azərbaycan Dövlət Mahnı teatrında keçirdik. Əgər I festivalda 40 video təqdim olunmuşdusa, artıq bu dəfə 58 video təqdim olunub. Bu onu göstərir ki, biz o vaxt doğru qərar qəbul etmişik”. SİA xəbər verir ki, bu sözləri II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
“Bu festivalın Azərbaycan idmanı üçün böyük əhəmiyyəti var. Arzu edirəm ki, bu fesrivalı beynəlxalq səviyyədə təşkil edək”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB