“Neftçi”nin kapitanı Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi”nin kapitanı Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan çempionatlarında yubiley qolunu vurub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Premyer Liqanın XXIX turunda “Sumqayıt”la görüşdə fərqlənərək, ölkə çempionatlarında ümumi qol sayını 40-a çatdırıb.

Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunun heyətində vurub. O, 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir.

Emin Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə