Futbol üzrə Almaniya Bundesliqasında XXVIII turun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, "Bavariya" səfərdə "Haydenhaym"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionluq mübarizəsi aparan "Bayer" (Leverkuzen) "Union"a 1:0 hesabı ilə qalib gələrək liderliyini davam etdirib.
Günün digər oyunlarında "Köln" "Boxum"a 2:1, "Leyptsiq" "Frayburq"a 4:1, "Mayns" "Darmştadt"a 4:0, "Ştutqart" isə "Borussiya Dortmund"a 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra turnir cədvəlinə 76 xalla Leverkuzen "Bayer"i başçılıq edir. "Bavariya" 60 xalla ikinci, eyni xala malik "Ştutqart" isə üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB