“Araz-Naxçıvan” klubu baş məşqçisi ilə yollarını ayırıb

“Araz-Naxçıvan” klubu baş məşqçisi ilə yollarını ayırıb

“Araz-Naxçıvan” klubu baş məşqçisi Azər Bağırovla yollarını ayırıb. Bu barədə SİA-ya 40 yaşlı mütəxəssisin özü məlumat verib.

O, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 32 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə