“Real Madrid"in təcrübəli yarımmüdafiəçisi Dani Seballos karyerasında yeni səhifə açmaq və komandadan ayrılmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin ona verdiyi vaxtdan razı qalmayan 27 yaşlı ispan yarımmüdafiəçi ilə "Atletiko Madrid"in maraqlandığı bildirilir. Almaniyanın "Transfermarkt" futbol portalı 2017-ci ilin yayında "Real Betis"dən 17 milyon avroya transfer edilən Seballosun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirib.
Qeyd edək ki, bu mövsüm "Real Madrid"in heyətində 21 matça çıxan Seballos meydanda 505 dəqiqədə 1 qol və 1 məhsuldar ötürmə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB