"Şamaxı"dan qələbə, Zaqatalada heç-heçə

"Şamaxı"dan qələbə, Zaqatalada heç-heçə

Azərbaycan 1-ci liqasında 20-ci tura yekun vurulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Zaqatala" - "Karvan" matçı 1:1 hesabı ilə başa çatıb. Səfərdə MOİK-lə qarşılaşan "Şamaxı" 1:0 hesablı qələbə qazanıb.

5 aprel

14:00. “Zaqatala” – “Karvan” - 1:1

Qollar: Akif Tağıyev, 24 (0:1), Rəhman Şabanov, 76 (1:1)

Baş hakim: Vüqar Həsənli

Zaqatala OİK stadionu

15:00. MOİK – “Şamaxı” - 0:1

Qol: Roman Hüseynov, 13-pen.

Baş hakim: Rəşad Əhmədov

Binə qəsəbə stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə