“Arsenal”ın futbolçusu əsgərə çağırılır

“Arsenal”ın futbolçusu əsgərə çağırılır

İngiltərə Premyer Liqa komandalarından olan "Arsenal"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko, əsgər çağırılacağı təqdirdə vətəni uğrunda mübarizə aparmaq üçün İngiltərəni tərk edə biləcəyini bildirib. SİA xəbər verir ki, BBC-nin “Newsnight” proqramına danışan Zinçenko, 2021-ci ildə Rusiyanın işğalı ilə başlayan müharibədən sonra ölkəsindəki insanlara kömək etmək üçün təxminən 1 milyon funt sterlinq bağışladığını bildirib.

Ukraynanın Avropa üçün “qalxan”a çevrildiyini deyən Zinçenko daha çox dəstək istəyib. Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü hərbi səfərbərlik yaşını 27-dən 25-ə endirən qanun layihəsini imzalayıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə