XXIX tur bir oyunla start götürür

XXIX tur bir oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək. SİA xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək.

"Liv Bona Dea Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XXIX turun digər görüşləri 6-7 apreldə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə