İspaniya La Liqası: “Valensiya” səfərdə “Qranada”ya qalib gəlib

İspaniya La Liqası: “Valensiya” səfərdə “Qranada”ya qalib gəlib

Futbol üzrə İspaniya La Liqasında XXX tura yekun vurulub. SİA xəbər verir ki, turun son oyununda "Qranada" doğma meydanda "Valensiya" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Yarasalar" bu qələbə sayəsində 44 xalla 7-ci pilləyə yüksəlib. "Qranada" isə 14 xalla 19-cu yerdə qərarlaşıb. Turnir cədvəlinə 75 xalla "Real Madrid" rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə