Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır

Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq. SİA-nın məlumatına görə, 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.

I turda Fabiano Karuana - Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) - Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş - Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.

Qeyd edək ki, yarış aprelin 21-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə