Fransa kubokunun yarımfinal mərhələsində “Paris Sen-Jermen” “Renn”lə doğma azarkeşləri önündə qarşılaşıb. SİA xəbər verir ki, meydan sahibləri minimal hesabla qalib gələrək turnirin finalına yüksəliblər - 1:0.
Matçın yeganə qolu 40-cı dəqiqədə vurulub. Parislilərin hücumçusu Kilian Mbappe fərqlənib.
Xatırladaq ki, cari Fransa kubokunun ilk finalçısı doğma meydanda “Valensien”i 3:0 hesabı ilə məğlub edən “Lion” olub. Final oyunu mayın 25-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB