Fransa kubokunun ilk finalçısı məlum olub

Fransa kubokunun ilk finalçısı məlum olub

"Olimpik Lion" Fransa kubokunda "Valansen”i 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Groupama”Stadionunda oynanan yarımfinal matçında ikinci liqa təmsilçisi “Valansen”i qəbul edən “Olimpik Lion” 51 və 57-ci dəqiqələrdə Aleksandr Lakazetin, 75-ci dəqiqədə Qift Orbanın vurduğu qollarla qalib gəlib. "Olimpik Lion"un finaldakı rəqibi sabah keçiriləcək yarımfinalda PSJ - “Renn” cütünün oyunundan sonra müəyyənləşəcək.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə