Yüksək Liqa: “Azərreyl” qalib gəlib, “Abşeron” səfərdə uduzub

Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, matçların ikisi Bakıda, digəri Gəncədə reallaşıb. Turnir cədvəlinin lideri "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Matça daha yaxşı başlayan "dəmiryolçular" üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 48 xalla "Azərreyl" başçılıq edir. “Murov Az Terminal” 40 xalla ikinci, “Abşeron” 39 xalla üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə