“Ən-Nəsr”in 39 yaşlı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti “X” hesabında məlumat yayıb.
Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun “Ər-Raed”lə oyununda (1:3) portuqaliyalı futbolçu heç bir nəticəverici hərəkətə imza atmayıb. 24-cü turun “Əl-Əhli” ilə oyununda (0:1) Ronaldu penalti zərbəsi ilə qələbə qolunu vurub. 25-ci turun “Ət-Tai” ilə oyununda (5:1) məşhur hücumçu het-trik edib.
Xatırladaq ki, Ronaldu bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 33 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB