“Atletiko” səfərdən üç xalla qayıdır

“Atletiko” səfərdən üç xalla qayıdır

Futbol üzrə İspaniya çempionatının 30-cu turunda “Vilyarreal” Madrid “Atletiko”sunu qonaq edib. SİA xəbər verir ki, qarşılaşma paytaxt klubunun 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı doqquzuncu dəqiqədə madridli Aksel Vitsel açıb. Meydan sahibləri fasilədən sonra Aleksander Serlotun qolu ilə cavab veriblər. 86-cı dəqiqədə yarımmüdafiəçi Saul Niqez “Atletiko”ya üç xalı gətirən qola imza atıb.

İspaniya La Liqasında 30 turundan sonra “Vilyarreal”ın 38 xalı var. O, turnir cədvəlində 10-cu yerdədir. “Atletiko” eyni sayda matçdan 58 xal toplaya bilib və dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə