Fransa çempionatında 27-ci turun “Marsel” - PSJ matçı başa çatıb. SİA xəbər verir ki, görüş Marselin “Velodrom” stadionunda keçirilib. Oyunu Benoit Bastienin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Matçın 40-cı dəqiqəsində PSJ-nin müdafiəçisi Lukas Beraldo birbaşa qırmızı vərəqə alıb. Matçın 56-cı dəqiqəsində parislilərin yarımmüdafiəçisi Vitinya fərqlənib. 86-cı dəqiqədə Marko Asensionun ötürməsini PSJ-nin hücumçusu Qonsalo Ramus qola çevirib.
Hazırda PSJ Fransa çempionatının turnir cədvəlində liderdir. Komanda 27 görüşdə 62 xal toplayıb. “Marsel” isə 39 xalla yeddinci yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB