"Böyük Dəbilqə": Daha bir Azərbaycan cüdoçusu gümüş medala yiyələnib
Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
SİA xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Murao ilə bacarmayıb.
Bununla da milli komanda yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kiloqram) də ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB