"Xavini razı salmağa çalışacağıq"

"Xavini razı salmağa çalışacağıq"

"Barselona"nın vitse-prezidenti Rafa Yuste klubun baş məşqçisi Xavi ilə uzunmüddətli əsasda əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin klubda qalacağına inandığını bildirib:

"Ümid edirəm ki, o, bizimlə qalacaq, çünki biz 1 və ya 2 mövsüm üçün nəzərdə tutulmayan uzunmüddətli layihəni müzakirə edirik. Xavini razı salmağa çalışacağıq, amma qərar onundur".

Bütün xəbərlər Facebook səhifəmizdə