Gilyermo Oçoa İtaliya klubundan ayrılır

Gilyermo Oçoa İtaliya klubundan ayrılır

"Salernitana"nın qapıçısı Gilyermo Oçoa mövsümün sonunda klubu tərk edəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

38 yaşlı qolkiper mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Meksika millisinin üzvü 2023-cü ilin yanvarından "Salernitana"da çıxış edir. O, bu mövsüm 20 matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə