“Aston Martin” komandasının pilotu Fernando Alonso Avstraliya Qran Prisində “Mercedes”dəki həmkarı Corc Rasselin qəzaya uğramasından sonra cəzalandırlıb. SİA xəbər verir ki, o, hadisə zamanı təhlükəli sürdüyünə görə 20 saniyəlik cəza alıb. Bu barədə “Motorsport” məlumat yayıb.

Melburndakı yarışın son dövrəsində Rassel maneəyə çırpılaraq qəzaya uğrayıb. “Mercedes” buna səbəb kimi Alonsonun onun qarşısında gözlənilmədən yavaşlamasını göstərib

Stüardlar uzun sürən araşdırmadan sonra müəyyən ediblər ki, Alonsonun həqiqətən də döngəyə girməzdən əvvəl qeyri-adi şəkildə sürmə tərzini dəyişib. Lakin onu Rasselə qarşı qəsdən hərəkət etməkdə ittiham etməyiblər.

Alonso altıncı yerdən səkkizinci yerə düşüb və üç cərimə xalı alıb.

“Rasselldən qorunmaq üçün 6-cı döngədən mümkün qədər tez çıxmaq istəyirdim. İstənilən sürücü bunu edərdi və mən bunun təhlükəli olduğunu düşünmürəm”, – deyə təcrübəli sürücü cəza haqqında danışıb.

Melburnda birinci və ikinci yerləri müvafiq olaraq “Ferrari” pilotları kiçik Karlos Sayns və Şarlz Lekler tutub. “McLaren” sürücüsü Lando Norris isə üçüncü olub.

Qeyd edə kki, son çempion Maks Ferstappen yarışı erkən başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə