Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı Türkiyədə davam etdirəcək
Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək. Azərbaycan Voleybol Federasiyasından SİA-ya bildirilib ki, milli komanda bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüb.
Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv sözügedən şəhərdə 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, "Avro-2024" (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB