Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
Martın 22-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
SİA xəbər verir ki, yığma komanda “Azərsun Arena”da İngiltərə ilə üz-üzə gəlib. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra 15 xalı olan İngiltərə millisi ikinci pillədə yer alıb. Azərbaycan yığması isə 3 xalla qrup sonuncusudur.
Qeyd edək ki, yığmamız növbəti matçını martın 26-da Ukraynaya qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB