“Barselona” müdafiəçisinin qiyməti lap kəlləçarxa qalxıb...

“Barselona” müdafiəçisinin qiyməti lap kəlləçarxa qalxıb...

...Cümə axşamı İspaniya çempionatında çıxış edən bəzi futbolçuların qiymət etiketləri Transfermarkt portalının səhifələrində yenilənib.

SİA-nın əldə etdiyi məlumata görə, ən bahalı "Barselona"nın müdafiəçisi Pau Kubarsi olub. Qeyd edək ki, əvvəllər onun qiyməti 1,5 milyon avro qiymətləndirilirdisə, indi 25 milyona qalxıb!

Yanvarın 22-də cəmi 17 yaşı tamam olan və artıq deyəsən daimi oynamağa başlayan Kubarsi 1566,7 faiz bahalaşıb!

...Son yeniləmənin nəticələrinə görə La Liqanın ən bahalı futbolçuları reytinqində ikinci yeri Samou Omorodion tutub. Belə ki, "Alaves"in forvardı 20 milyon bahalaşıb və hazırda 40 milyon avroya qiymətləndirilir.

İlk üçlüyü "Barselona"dan Lamin Yamal (yeni qiymət - 75 milyon avro) və "Real"dan Brahim Diaz (35 milyon avro) tamamlayır.

Hər iki futbolçunun qiyməti 20 milyon artıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə