“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatında 2 oyunluq cəzalandırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, mütəxəssis La Liqada “Atletiko” ilə görüşün (3:0) birinci hissəsində qırmızı vərəqə alıb.
Hakimlərlə mübahisə edən Xavi baş hakim Xose Mariya Sançes tərəfindən 2 dəqiqə ərzində iki sarı vərəqə alıb.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) yarış komitəsi Xavini 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Kataloniyalılar buna görə, etirazını bildirib.
Cəza qüvvədə qalsa, Xavi “Las Palmas” və “Kadis”lə matçları buraxacaq və “Real”a qarşı “El Klasiko”da texniki zonada olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB