...Xəbəriniz varmı ki, “Barselona” artıq Xaviyə əvəzləyici axtarışını dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Football Espana xəbər verir.
Mütəxəssisin mövsümün sonunda istefa verdiyini açıqlamasına baxmayaraq, postunda qalacağı ehtimalı var. Rəhbərlik komandanın son matçlardakı nəticələrindən razıdır. Klub hesab edir ki, bu, Xavinin qərarına təsir edə bilər. Kataloniyalılar əvvəlcə məşqçidən ayrılmaq istəməsələr də, ona güzəştə gedib və istefasını qəbul ediblər.
Qeyd edək ki, Xavinin də fikrini dəyişə biləcəyi bildirilir. Ancaq bunun üçün “mavi qranatlar” hələ açıqlanmayan şərtlərini qəbul etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB