Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, ispaniyalı baş məşqçi Unay Melqosa ümumilikdə 23 oyunçunu siyahıya salıb.

Mütəxəssis əsasən yerli klubların üzvlərinə etibar edib. Cəmi 3 legioner heyətə cəlb olunub. Onlar İngiltərə, Polşa və Çexiyada çıxış edirlər.

Ukraynalılar ilk olaraq martın 22-də Türkiyənin Antalya şəhərində Mərakeşin U-23 yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Azərbaycan – Ukrayna qarşılaşması isə ayın 26-da “Azərsun Arena”da təşkil olunacaq.

Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)

Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”, Kiyev), Arseni Bataqov (“Zarya”), Artyom Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hər ikisi “Rux”), Vladimir Salyuk (“Çernomorets”).

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin (“Dinamo”, Kiyev), Valentin Rubçinski, Oleq Oçeretko (hər ikisi “Dnepr-1”), Aleksandr Yatsık (“Zarya”), Maksim Xlan (“Lexiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Rux”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru (“Çernomorets”).

Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”).

Qeyd edək ki, Ukrayna yığması ilk 5 turda maksimum nəticə (15 xal) ilə F qrupunda liderdir. Azərbaycan millisi isə keçirdiyi 4 görüşdə 3 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə