Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə "Çempionlar" turnirində fəxri kürsüyə qalxıb.
SİA xəbər verir ki, ikinci yarış günündə qadın güləşində Əsmər Cankurtaran (53 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB