Azərbaycan gimnastları Niderlandda 6 medal qazanıblar

Azərbaycan gimnastları Niderlandda 6 medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində uğurla çıxış ediblər.

SİA xəbər verir ki, sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə