Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Toplanışa 28 futbolçu dəvət edilib. Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.

“FIFA series–Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, toplanışa 28 futbolçu dəvət edilib.

Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.

Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Şahruddin Məhəmmədəliyev – Adana Dəmirspor (Türkiyə)

Səlahət Ağayev – Səbail

Rza Cəfərov – Neftçi

Aleksey İsayev – Qarabağ

Amin Seydiyev – Sabah

Bəhlul Mustafazadə – Qarabağ

Coşqun Diniyev – Ümraniyəspor

Eddi İsrafilov – Neftçi

Elvin Camalov – Sabah

Elvin Cəfərquliyev – Qarabağ

Emin Mahmudov – Neftçi

Musa Qurbanlı – Yurqorden (İsveç)

Ozan Can Kökçü – Eyndhoven

Qismət Alıyev – Zirə

Rahil Məmmədov – LKS (Lodz, Polşa)

Ramil Şeydayev – Kocaelispor (Türkiyə)

Renat Dadaşov – Hatayspor (Türkiyə)

Toral Bayramov – Qarabağ

Bəxtiyar Həsənalızadə – Tuzlaspor (Türkiyə)

Bədavi Hüseynov – Qarabağ

Vüsal İsgəndərli – Boluspor (Türkiyə)

Filip Ozobiç – Neftçi

Emil Mustafayev – Polesye (Ukrayna)

Ceyhun Nuriyev – Zirə

Ehtiyat oyunçular:

Murad Xaçayev – Sumqayıt

Rövlan Muradov – Sumqayıt

Orxan Əliyev – Araz-Naxçıvan

Rüfət Abdullazadə – Səbail

Bütün xəbərlər Facebook səhifəmizdə