Tərlan Əhmədovdan "Qarabağ" oyunçusunun qırmızı vərəqə almasına MÜNASİBƏT

Tərlan Əhmədovdan "Qarabağ" oyunçusunun qırmızı vərəqə almasına MÜNASİBƏT

"“Qarabağ" futbol komandası (FK) yeni bir eraya qədəm qoydu. Dövlətimiz və Prezidentimiz tərəfindən idmana böyük dəstək, yatırımlar var. Böyük idman qurğuları inşa edilir, stadionlar tikilir. Bütün regionlarda Olimpiya Kompleksləri tikilir. Bu baxımdan futbolumuzda da böyük işlər görülür, klubların təlim-məşq bazası genişləndirilib. Bütün idman sahələrində uğurlar əldə edilir. Bunlara misal olaraq 2012-2013-cü illərdə ilk dəfə "Neftçi" FK klubu avroliqa qrupuna daxil oldu. Ondan sonra artıq "Qarabağ" da buraya qoşuldu. Beləcə son 10 ildə bu yük artıq "Qarabağ" FK-nın üzərinə düşdü”. Bu barədə SİA-ya açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, dünənki oyunda da 1/8 mərhələsinə gəlib çıxmaq da Azərbaycan futbolu üçün yenilik və uğur idi: “Bu oyun onu göstərir ki, komandamızın potensialı var. "Qarabağ" dünənki oyunda qalib gələ, mərhələ keçə bilərdi. Amma rəqibi də nəzərə almaq lazım idi. Rəqibin büdcəsi, hansı səviyyədə olması, hansı liqada çıxış etməsi öz sözünü dedi. Buna baxmayaraq "Qarabağ" mükəmməl oyun nümayiş etdirdi. Bir daha sübut edildi ki, komandanın adı yox, görülən iş, struktur və verilən dəyərlər daha vacibdir”.

T.Əhmədov bildirib ki, bəlkə də "Qarabağ"da qırmızı vərəqə olmasa tamam başqa oyun, hətta qələbə görəcəkdik: “İstər-istəməz bu qaçınılmaz idi. "Qarabağ" FK-nın azlıqda qalıb yenidən qol vurması da uğurdur. "Qarabağ"da son 10 ilin ən güclü əks hücumlarını quran komandadır. Bunu biz daxili çempionatda da görmüşük. Bu baxımdan əks nə qədər mükəmməl oynayırsa müdafiəsində də bir o qədər problemlər var. Son saniyələrdə buraxılan qollar komandanın müdafiədə problemlər yaşadığını göstərir. Dünənki oyunda 75-ci dəqiqədən sonra "Qarabağ" yorulma fonuna keçdi. Azlıqda qaldıqdan sonra isə rəqibin təzyiqi çox yüksək oldu. Bu da ardıcıl edilən səhvlərə səbəb oldu”.

Ekspert sonda bildirib ki, oyunda hakimin səhvi var idi yaxud da yox idi desək bu yanlış olar: “Çünki dünya kubokunda da biz bunu görmüşük. Hakimlərin böyük klublara simpatiyaları olur, bu dünənki oyunda da görünürdü. Son 15 dəqiqədə bu hiss olunurdu. Bu simpatiya nəticəyə də təsir edirdi. "Qarabağ" məğlub olsa da öz sözünü dedi və buna görə də onlara təşəkkür düşür”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə