"Sumqayıt"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, bunlar pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi yığmasına cəlb edilən Tresor Mossidir.
Pakistan millisi martın 21-də və 26-da dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.
Çad yığması martın 22-si və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq. Burundi isə martın 22-də və 25-də Madaqaskar və Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB