Fransa Kuboku: PSJ yarımfinalda

Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, son oyunda PSJ “Nitsa” ilə üz-üzə gəlib.

Park de Prensdəki matç meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. Paytaxt komandasının üç qolundan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar - 3:1.

Bu qələbə sayəsində PSJ adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bunadək “Lion”, “Renn” və “Valensyen” klubları finala çıxmaq uğrunda mübarizə aparmaq hüququ qazanıblar. Məhz “Renn” PSJ-nin yarımfinaldakı rəqibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə