Çempionlar Liqasında növbəti finalçılar müəyyənləşdi

Çempionlar Liqasında növbəti finalçılar müəyyənləşdi

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün daha 2 1/4 finalçının adına aydınlıq gəlib. "Arsenal" penaltilər seriyasında "Portu"nu məğlub edərək (4:2, ümumi hesab 1:1) mərhələ adlayıb (ilk oyun 0-1).

"Napoli" isə "Barselona"nın qonağı olub. Görüşdə 3:1 hesabı ilə qalib gələn "katalonlar" növbəti mərhələyə vəsiqə qazanıb. (ilk oyun 1-1).

Qeyd edək ki, "Bavariya", PSJ, "Mançester Siti" və "Real" 1/4 finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə