Rafael Benites "Selta"dan yola salındı...

Rafael Benites "Selta"dan yola salındı...

"Selta" baş məşqçisi Rafael Benitesdən ayrıldığını rəsmən açıqlayıb. Qalisiya klubu təcrübəli mütəxəssisə və onun heyətinə göstərdikləri “iştirak, dürüstlük və peşəkarlığa” görə təşəkkür edib, həmçinin ona gələcəkdə uğurlar arzulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, 63 yaşlı mütəxəssisin gərgin məşqçilik karyerasına “Real Kastilya”, “Valyadolid”, “Osasuna”, “Ekstremadura”, “Tenerife”, “Valensiya”, “Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real Madrid”, “Nyukasl”, “Dalian Yifanq”, “Everton” kimi klublar daxildir.

Qeyd edək ki, Rafael iki dəfə “Valensiya”ya Primerada qələbə qazandırıb, “Liverpool” ilə Çempionlar Liqasını və “Çelsi” ilə Avropa Liqasını qazanıb.

Ümumilikdə onun məşqçilik tərcümeyi-halında 14 kubok var. İki dəfə UEFA tərəfindən ilin məşqçisi seçilib, yeddi dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, Benites "Selta"ya 2023-cü ilin yayında gəlib. Onun rəhbərliyi altında səmavilər İspaniya çempionatında 28 turda 14 məğlubiyyətlə cəmi beş qələbə qazanıb. Viqo komandası hal-hazırda 17-ci yerdə qərarlaşıb,

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə