İngiltərə Premyer Liqasında XXVIII turun növbəti oyunları keçirilib.
SİA xəbər verir ki, turun mərkəzi matçı “Liverpul” və “Mançester Siti” komandaları arasında baş tutub. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 23-cü dəqiqədə qonaqların heyətində Con Stouns açıb. Matçın 50-ci dəqiqəsində Aleksis Mak Allister penaltidən fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Günün digər qarşılaşmalarında “Tottenhem” “Aston Villa”ya 4:0, “Brayton” “Nottingem Forest”ə 1:0 hesabı ilə qalib gəlib. “Vest Hem” – “Börnli” görüşü isə qollu heç-heçə başa çatıb - 2:2.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 64-ə çatdıran “Liverpul” 2-ci, 63 xallı “Mançester Siti” üçüncü pillədədir. Turnir cədvəlinə 64 xalla “Arsenal” başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB