Cavab aydındır: Lamin Yamal satılmır!

Cavab aydındır: Lamin Yamal satılmır!

Xatırladaq ki, Yamal “Barselona”da Ansu Fatidən də tez, yəni cəmi 15 yaşı olanda debüt edib.

Və indi inamla demək olar ki, o, hazırda Cavi Hernandezin rəhbərlik etdiyi komandanın əsas sütunlarından biridir.

Belə ki, bu mövsüm o, cinah müdafiəçisi mütəmadi olaraq böyük istedadını nümayiş etdirir.

Təbii ki, eşitmiş olarsınız, məhz bunları nəzərə alan PSJ Yamal üçün 200 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Və əgər tərəflər arasında “bazarlıq” baş tutsa, deməli, bu Neymardan sonra Barselonadan Parisə futbol tarixində ikinci ən böyük transfer olacaq,

Yeri gəlmişkən, SİA-nın əldə etdiyi məlumata görə, “Barselona”nın idarə heyəti artıq məsələdən xəbərdardır.

Amma, fransızlar üçün, türklər demiş... yazıqlar olsun ki, Lamin Yamal satılmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə