İtaliya A Seriyası: “İnter” ardıcıl 10-cü qələbəsini qazanıb

İtaliya A Seriyası: “İnter” ardıcıl 10-cü qələbəsini qazanıb

Martın 9-da futbol üzrə İtaliya A Seriyasında növbəti turun oyunları keçirilib. SİA xəbər verir ki, turnir cədvəlinin lideri “İnter” bu dəfə səfərdə “Boloniya”nı minimal hesabla məğlubiyyətə uğradıb – 1:0. Bu, Milan təmsilçisinin çempionatda ardıcıl 10-cu, bütün turnirlərdə isə 13-cü qələbəsi olub. Bundan əlavə, Simone İnzaqinin yetirmələri artıq 15 oyundur uduzmur.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Kalyari” – “Salernitana” – 4:2

“Sassuolo” – “Frosinone” – 1:1

“Cenoa” – “Monza” – 2:3.

Bu qələbədən sonra xallarının sayını 75-ə çatdıran “İnter” ən yaxın izləyicisi “Yuventus”la xal fərqini 18-ə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə