"Yuventus"da yeni müqavilə

"Yuventus"un yarımmüdafiəçisi Kenan Yıldız klubla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Turin təmsilçisi türkiyəli oyunçu ilə 2027-ci ilin iyununda başa çatacaq sözləşmənin müddəti daha 2 il uzatmaq istəyir.

Yıldız bu mövsüm İtaliya klubunun heyətində 19 matça çıxıb və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə