İlk matçda "Qarabağ" "Dinamo"nu məğlub edib

İlk matçda "Qarabağ" "Dinamo"nu məğlub edib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIII turun oyunları keçirilib. SİA xəbər verir ki, ilk matçda "Qarabağ" "Dinamo"nu məğlub edib - 47:30.

Digər qarşılaşmalarda “Bakı” “İdman Akademiyası”na (20:12), "Azəryol" isə “Təhsil”ə (48:30) qalib gəlib.

Qeyd edək ki, bu turda istirahət edən "Kür" 19 xalla liderdir. "Bakı" 18 xalla ikinci pillədədir. "Azəryol" 16, "Qarabağ" 15 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə