“Qarabağ” bir xal qazanıb, mövqeyini qoruyub

“Qarabağ” bir xal qazanıb, mövqeyini qoruyub

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 63-cüdür.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə ev oyunundakı heç-heçə (2:2) ilə hesabını 1 xal zənginləşdirib. Bununla da Azərbaycan çempionu mövqeyni qoruyub.

"Neftçi" 27 xalla 242-cidir. "Sabah" 20 xalla 265-cı, "Qəbələ" 5 xalla 367-cıdır.

Qeyd edək ki, siyahıya 2432 xala malik "Real" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə