"Roma" - "Briqton" matçı öncəsi dəhşətli hadisə

"Roma" - "Briqton" matçı öncəsi dəhşətli hadisə

UEFA Avropa Liqasında "Roma" - "Briqton" matçını izləmək üçün İtaliyaya gedən iki "Briqton" azarkeşinin bıçaqla hücuma məruz qaldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Avropa Liqasının son 16 turunda bu axşam keçiriləcək qarşılaşmada Roma İngiltərənin "Briqton" komandasını qəbul edəcək. Bu matçdan əvvəl dəhşətli hadisə baş verib.

Qarşılaşmanı izləmək üçün Romaya gedən iki "Briqton" azarkeşinin bıçaqlanaraq qarət edildiyi bildirilib. İtaliya mətbuatında yer alan xəbərə görə, hücum ötən gecə Romanın mühüm simvollarından sayılan Kolizey yaxınlığında həyata keçirilib. 28 və 29 yaşlı iki "Briqton" fanatının ayaqlarından bıçaqlanaraq qarət edilərək restorana sığındıqları və hadisənin restoranda çalışan bir işçinin hücumu polisə bildirməsindən sonra üzə çıxdığı bildirilib. İngilis azarkeşlərin xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olmadığı bildirilib. İtalyan polisinin hadisə ilə bağlı araşdırma başlatdığı öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə