“Real Madrid” “Bavariya”nın rekorduna yaxınlaşdı

“Real Madrid” “Bavariya”nın rekorduna yaxınlaşdı

İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leypziq”lə matçda sərfəli nəticə qazanaraq (1:1, ilk oyun - 1:0) Avropanın ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinə yüksəlib. SİA xəbər verir ki, beləliklə, “Real” tarixində 21-ci dəfə Çempionlar Liqasının 1/4 finalına yüksələn ikinci klub olub.

Bu göstəriciyə görə, madridliləri yalnız “Bavariya”(Münhen) qabaqlayır. Almaniya klubu tarixində 22 dəfə bu uğura imza atıb.

Məlumat üçün əlavə edək ki, qeyd olunan göstəricidə üçüncü yer İspaniyanın digər təmsilçisi “Barselona”ya məxsusdur. Kataloniya klubu tarixində 18 dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə