"Barselona"nın futbolçuları Frenkie de Yonq və Pedri La Liqanın 27-ci turunun "Atletik"lə oyununda (0:0) ilk yarıda meydanı zədələnərək tərk ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi bu haqda danışıb:.

"İlk hissədə iki zədə əlbəttə ki, bizə çox təsir etdi. Bəxtimiz heç gətirmədi. Bunlar bizim oyun planımız üçün çox vacib iki oyunçudur. Düşünürəm ki, onlar bir neçə oyunu buraxacaq. Çətin vəziyyətdən çıxmağa çalışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə