Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva xeyli çətinliklərlə üzləşib. İdman Arbitraj Məhkəməsi (CAS) idmançını antidopinq qaydalarını pozduğuna görə 4 il - 2025-ci ilə qədər diskvalifikasiya edib. Bu səbəbdən Vəliyeva qızıl mükafatlarından məhrum olub. Yaponiyanın NHK kanalında sənədli filmə müsahibə verən Vəliyeva şüurlu şəkildə dopinq qəbul etmədiyini etiraf edib.
...Öz tərəfimdən deyə bilərəm ki, mən şüurlu şəkildə dopinq qəbul etməmişəm. Mən də bacardıqca qaydalara əməl etməyə çalışdım. Mən özümü elə qurmuşam ki, bu gözəl idman bayramıdır, uzun müddətdir arzuladığınız yer gəlib çatıb. Təəssüf ki, fərqli emosiyalar, fərqli münasibət aldım.
SİA-nın əldə etdiyi məlumata görə, Vəliyeva öz emosiyalarını bölüşüb.
Qeyd edək ki, Vəliyevanın antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilməsi faktı 2024-cü il yanvarın 29-da məlum olub. CAS qərarının Pekin Olimpiadası zamanı yaranan dopinq qalmaqalı ilə bağlı olduğu iddia edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB