"Barselona" məşhur brendlə əməkdaşlığı dayandırır

"Barselona" "Nayki" şirkəti ilə əməkdaşlığı erkən bitirə bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, müqaviləyə xitam veriləcəyi təqdirdə kataloniyalılar öz brendləri altında formalar istehsal etməyə başlayacaqlar. Onlar bunu artıq bütün qeyri-idman klub geyimlərini istehsal edən BLM (Barça Licensing and Merchandising) şirkətinin köməyi ilə edəcəklər.

Bundan əlavə, klub dəstin istehsalına kömək edəcək adı açıqlanmayan böyük korporasiya ilə əməkdaşlıq edə bilər.

Yekun qərar gələn həftə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə