"Barselona”nı keçən “Atletik” yarımfinalda “Atletiko”nu da məğlub etdi

"Barselona”nı keçən “Atletik” yarımfinalda “Atletiko”nu da məğlub etdi

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ikinci cavab matçı başa çatıb. SİA xəbər verir ki, Bilbaodakı San Mames stadionunda yerli “Atletik” ilə Madrid “Atletiko”su üz-üzə gəlib.

Görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qolları İnyaki Uilyams (13), Niko Uilyams (42) və Qorka Quruseta (61) vurublar.

Xatırladaq ki, ilk yarımfinal görüşü də “Atletik”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatmışdı.

Beləliklə də, bu turnirin öncəki 1/4 final mərhələsində “Barselona”nı keçən Bilbao klubu indi də “Atletiko”nu məğlub edərək (iki matçın nəticəsinə görə 4:0) adını finala yazdırıb. Həlledici görüşdə onun rəqibi “Real Sosyedad”ı penaltilər seriyası ilə məğlub edən “Mayorka” olacaq.

Qeyd edək ki, İspaniya Kubokunun son qalibi “Real Madrid”dir.

Bütün xəbərlər Facebook səhifəmizdə