Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo azarkeşlərə qarşı davranışına görə 1 oyunluq cəza alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həmçinin Ronaldonun federasiyaya 10 min Səudiyyə Ərəbistanı rialı (təxminən 83 min lirə), “Əl Şabab” klubuna isə 20 min Səudiyyə Ərəbistanı riyalı (təxminən 166 min lirə) cərimə ödəməsinə qərar verildiyi də bildirilib.
Qarşılaşmadan sonra argentinalı ulduz futbolçu Lionel Messi üçün şüarlar səsləndirən rəqib komandanın azarkeşlərinə doğru hərəkət edən Ronaldoya intizam cəzası verilib. Məsələ ilə bağlı açıqlamasında portuqaliyalı futbolçu deyib: "Bütün klublara hörmət edirəm. Qarşılaşmadan sonra qələbə sevincini hiss edirdim. Bu, utancverici bir hərəkət deyildi. Avropada buna öyrəşmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB